İran və Azərbaycan arasında müştərək film çəkiləcək

İran və Azərbaycan arasında müştərək film çəkiləcək İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri: "Azərbaycan filmlərinin İranda nümayiş olunmasını istəyirik"
Mədəniyyət siyasəti
23 Fevral , 2018 18:35
İran və Azərbaycan arasında müştərək film çəkiləcək

Bakı. 23 fevral. REPORT.AZ/ "İran və Azərbaycan arasında müştərək film çəkiləcək".

"Report" xəbər verir ki, bunu İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkaman İran Kino Günlərinin açılışında deyib.

Onun sözlərinə görə, İran və Azərbaycanın müştərək mədəniyyəti olduğundan İran filmləri Azərbaycan üçün qəbul edilir: "İki ölkə arasında mədəni əlaqələrin daha da genişləndirilməsini çox istəyirik. Heç bir ölkə ilə bu cür yaxşı mədəni əlaqələrimiz yoxdur. Ötən il İranda Azərbaycan mədəniyyət günləri keçirilmişdi. Bu gün İran filmləri dünyada diqqət mərkəzindədir, hətta Oskara layiq görülür. Azərbaycan da film sahəsində yaxşı nailiyyətlər əldə edib. Azərbaycan filmlərinin İranda nümayiş olunmasını istəyirik".

Son xəbərlər

Orphus sistemi