Bakı. 4 dekabr. REPORT.AZ/ İran İslam Respublikasının lavaşla bağlı fikirləri Azərbaycanla eynidir. "Report"un xəbərinə görə, bunu mətbuat konfransında İranın İslami Əlaqələr və Mədəniyyət Təşkilatının sədri Əbuzər İbrahimi Türkmən deyib. Təşkilat sədri bu fikirlərini Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşündə də səsləndirdiyini bildirib.
Qeyd edək ki, YUNESKO-da baxılması üçün Ermənistan tərəfindən təqdim edilən lavaş erməni çörəyi kimi qələmə verilib. Yəni ermənilər lavaşın yalnız onlara məxsus olmasını iddia edirdilər. Azərbaycanın Xarici İşlər və Mədəniyyət və Turizm nazirlikləri, Azərbaycanın YUNESKO yanında Daimi nümayəndəliyi, YUNESKO üzrə Milli Komissiyanın birgə apardıqları qabaqlayıcı tədbirlər nəticəsində lavaşın erməniləşdirilməsinin, erməni millətinə mənsub olmasının qarşısı alınıb.