Yuxarı
    Bağlamaq

    İki nazirliyin qurumları arasında anlaşma memorandumu imzalanıb

    Təhsil Nazirliyinin Bakı Humanitar Kolleci ilə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi əməkdaşlıq edəcək

    Bakı. 6 dekabr. REPORT.AZ/ Təhsil Nazirliyinin Bakı Humanitar Kolleci ilə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi arasında anlaşma memorandumu imzalanıb.

    Mərkəzdən "Report"a verilən məlumata görə, kollecin direktoru Vaqif Əmiraslanov və mərkəzin rəhbəri Asif Usubəliyev mədəniyyət inkişafı naminə birgə səylərin atılmasının vacibliyini qeyd edərək, gələcəkdə görülməsi nəzərdə tutulan tədbirlər haqqında məlumat veriblər.

    Memoranduma əsasən kollec və Elmi-Metodik Mərkəz Azərbaycan xalqının mədəni irs nümunələrinin tədqiqi və təbliği, mədəniyyət və turizm təsisatlarının fəaliyyət istiqamətlərinin daha geniş əlaqələndirilməsi sahəsində bərabərhüquqlu, qarşılıqlı və səmərəli əməkdaşlıq çərçivəsində mövcud imkanları və qarşılıqlı maraqları istiqamətində əməkdaşlıq edəcəklər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi