Yuxarı

İki musiqi məktəbində kadr dəyişiklikləri həyata keçirilib

R.Babayev adına 25 nömrəli onbirillik musiqi məktəbinə və 30 nömrəli uşaq musiqi məktəbinə direktor müavinləri təyin olunub

Bakı. 4 may. REPORT.AZ/ Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan iki musiqi məktəbində kadr dəyişiklikləri həyata keçirilib.

Bu barədə "Report"a idarədən məlumat verilib.

Yeni təyinatlara əsasən R.Babayev adına 25 nömrəli onbirillik musiqi məktəbinin tədris işləri üzrə direktor müavini vəzifəsinə Bətulə Rəşid qızı Məmmədova, 30 nömrəli uşaq musiqi məktəbinin tədris işləri üzrə direktor müavini vəzifəsinə isə Fəxriyyə Hüseyn qızı Quliyeva təyin olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi