Hirkan meşələri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib - YENİLƏNİB

Hirkan meşələri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib - YENİLƏNİB Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında Azərbaycanın “Hirkan meşələri” nominasiyası UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
Mədəniyyət siyasəti
17 Sentyabr , 2023 12:15
Hirkan meşələri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib - YENİLƏNİB

Azərbaycanın Hirkan meşələri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Hirkan meşələri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən Azərbaycanın ilk təbiət ərazisidir.

"Report" xəbər verir ki, bu barədə Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.

O qeyd edib ki, relikt növlərlə zəngin olan və çox maraqlı landşafta malik Hirkan meşələrinin xüsusiyyətləri nəzərə alınaraq, bu unikal ərazinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi təklif olunub, bu məqsədlə Hirkan Milli Parkının daxilində transmilli “Hirkan meşələri” nominasiyası hazırlanıb və 2022-ci ilin sonunda UNESCO-nun Ümumdünya İrs Komitəsinə təqdim edilib.

“Azərbaycanın Hirkan meşələrinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi barədə qərar hazırda UNESCO-nun Ümumdünya İrs Komitəsinin Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində davam edən 45-ci sessiyasında qəbul olunub.

Hirkan meşələri Xəzər dənizinin cənub-qərb və cənub sahillərini əhatə edən unikal meşə massividir və planetimizdə öz unikallığını qoruyub saxlayan nadir ekosistemlərdən biridir”, - xidmət rəsmisi vurğulayıb.

Belə bir təbiət abidəsinin qorunub mühafizə olunmasının dövlətimizin uzunmüddətli xətt üzrə inkişaf edən ekoloji siyasətinin uğurlu davamı olduğunu söyləyən Firuddin Əliyev bildirib: “Azərbaycanın Hirkan meşələrinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi, xüsusilə ölkə başçısı cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahəyə diqqətinin təzahürüdür. Respublikamızın zəngin təbiətinin qorunması işində və gələcək nəsillərə çatdırılması istiqamətində beynəlxalq səviyyədə qazanılan bu böyük uğura görə, hər kəsi təbrik edirik”.

12:15

"Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında Azərbaycanın “Hirkan meşələri” nominasiyası UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib".

“Report” xəbər verir ki, bunu Azərbaycanın UNESCO-nun yanındakı nümayəndəliyi sosial şəbəkədə bildirib.

“Bu, Azərbaycanın Ümumdünya İrs Siyahısına daxil edilmiş 1-ci təbiət ərazisidir”, - nümayəndəlik diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi