Hikmət Hacıyev: "Azad edilən ərazilərə faktaraşdırıcı missiya göndərməsi üçün UNESCO-ya müraciət etmişik"

Hikmət Hacıyev: "Azad edilən ərazilərə faktaraşdırıcı missiya göndərməsi üçün UNESCO-ya müraciət etmişik" "Bu gün mədəniyyətlər arasında əməkdaşlıq vacibdir".
Mədəniyyət siyasəti
159
2 Dekabr , 2021 11:01
Hikmət Hacıyev: Azad edilən ərazilərə faktaraşdırıcı missiya göndərməsi üçün UNESCO-ya müraciət etmişik
Hikmət Hacıyev

"Bu gün mədəniyyətlər arasında əməkdaşlıq vacibdir".

"Report" xəbər verir ki, bunu Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Mədəniyyət naminə sülh" Tərəfdaşlar Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan 44 günlük Vətən müharibəsində qalib gəlməklə çox şeyləri dəyişdi: "Ümumilikdə Cənubi Qafqazda vəziyyət dəyişdi".

H.Hacıyev bildirib ki, azad edilən ərazilərdə hər şey dağıdılıb: "Biz orada Azərbaycan mədəni irsinin dağılmasının şahidi olmuşuq. Biz beynəlxalq təşkilatları azad edilən ərazilərə cəlb etmək istəyirik. Eyni zamanda azad edilən ərazilərə faktaraşdırıcı missiya təşkil etməsi üçün UNESCO-ya müraciət etmişik. UNESCO Baş direktoruna təşəkkür edirik ki, Azərbaycana səfər etdi. Xalqımızın digər sivilizasiyalara hörmətini göstərmək istəyirik. Sülh xalqların birgəyaşayışı üçün çox vacibdir".

Son xəbərlər

Orphus sistemi