Nizami Kino Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 1994-cü ildə Çinə rəsmi səfərinə həsr olunmuş “Bir səfərin izi ilə – Çin” sənədli filminin təqdimatı keçirilib.
“Report” xəbər verir ki, film “Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının dəstəyi ilə ərsəyə gəlib.
İdeya müəllifi Azər Qərib olan filmin yaradıcı heyətinə redaktor Ayaz Mirzəyev, prodüser Əsgər Qəribzadə, operator Əli Əliyev, montaj üzrə mütəxəssis Elmar Taryeloğlu daxildir.
Layihənin rəhbəri, azərbaycanlı səyyah Azər Qərib təqdimat zamanı bildirib ki, film tamaşaçıları Ümummilli Liderin səfər etdiyi Çinin tarixi şəhərlərinə aparır, rəsmi səfərin qeyri-rəsmi tərəflərini göstərir.
O xatırladıb ki, bu, “Bir səfərin izi ilə” layihəsi çərçivəsində artıq üçüncü filmdir. Layihə çərçivəsində daha əvvəl Heydər Əliyevin İtaliya və Yaponiyaya səfərlərindən bəhs edən filmlər təqdim olunub.