Mayın 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar paytaxtda təşkil edilən konsert proqramı möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.
"Report" xəbər verir ki, Dənizkənarı Milli Parkın ərazisindəki Saat qülləsinin yanında təşkil olunmuş konsertdə müğənnilər Ulu Öndər Heydər Əliyev, həmçinin müstəqil Azərbaycana həsr olunan vətənpərvər ruhlu mahnılarla çıxış ediblər.
Paytaxtımızın minlərlə sakininin və qonaqlarının maraqla izlədiyi konsertdən sonra möhtəşəm atəşfəşanlıq olub.
20:48
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Bakı bulvarında (Dənizkənarı Milli Parkda) konsert proqramı başlayıb.
"Report" xəbər verir ki, tədbirin sonunda isə atəşfəşanlıq olacaq.