Yuxarı
    Bağlamaq

    Heydər Əliyev Sarayı mobil tətbiqini istifadəyə verib

    Tətbiqi App Store və Google play mağazalarından yükləmək olar

    Bakı. 26 aprel. REPORT.AZ/ Heydər Əliyev Sarayı mobil tətbiqini istifadəyə verib. 

    Sarayın mətbuat xidmətindən "Report"a  verilən məlumata görə, məqsəd IV İslam Həmrəyliyi Oyunları, “Formula-1” Azərbaycan Qran-prisi və Bakı Şoppinq Festivalı kimi  tədbirlərin keçiriləcəyi müddətdə ölkəyə gələcək xarici qonaqlara, turistlərə və yerli tamaşaçılara beynəlxalq standartlara uyğun xidmət göstərməkdir.

    IOS və Android əməliyyat sistemli mobil cihazların istifadəçiləri Heydər Əliyev Sarayının mobil tətbiqini App Store və Google play mağazalarından yükləyə bilərlər.

    Xarici qonaqlar, turistlər və yerli tamaşaçılar bu tətbiq vasitəsi ilə Heydər Əliyev Sarayı haqqında və afişa bölməsində Sarayda keçiriləcək təbdir və konsertlər haqqında ətraflı informasiya ala bilərlər.

    İstifadəçilər mobil tətbiq vasitəsilə Heydər Əliyev Sarayının Facebook, İnstagram, Youtube səhifələrini və Sarayın saytını izləmək imkanı əldə edəcək və eyni zamanda e-bilet bölməsindən Heydər Əliyev Sarayında keçirilən bütün tədbir və konsert proqramlarına onlayn bilet əldə edə biləcəklər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi