Hacı İsmayılov: "Ramiz Məlikə zəng vura bilmədim"

Hacı İsmayılov: "Ramiz Məlikə zəng vura bilmədim" Azərbaycanın Xalq artisti Hacı İsmayılov mərhum Ramiz Məlikə zəng vura bilmədiyini söyləyib.
Mədəniyyət siyasəti
14 Dekabr , 2023 13:11
Hacı İsmayılov: Ramiz Məlikə zəng vura bilmədim

Azərbaycanın Xalq artisti Hacı İsmayılov mərhum Ramiz Məlikə zəng vura bilmədiyini söyləyib.

"Report" xəbər verir ki, o, vida mərasimində jurnalistlərə açıqlamasında Xalq artisti Ramiz Məliklə tələbə yoldaşı olduğunu bildirib:

"Amma teatrda, kinoda çalışmaq başqa bir şeydir. Neçə gün idi fikrimdən Ramiz Məlikə zəng vurub səhhətini soruşmaq keçirdi. Ancaq bu gün, sabah deyə-deyə qaldı. Baxın bu da son".

H.İsmayılov vurğulayıb ki, Ramiz Məlik Azərbaycan mədəniyyətinin, kinosu və teatrının ən görkəmli nümayəndələrindən idi: "Ona görə də belə bir görkəmli sənətkarı itirmək, əlbəttə, mədəniyyətimiz, teatrımız, kinomuz və televiziyamız üçün çox ağır itkidir".

Son xəbərlər

Orphus sistemi