Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycanın böyük yazıçısı, dramaturqu, publisisti və ictimai xadimi Cəlil Məmmədqulizadənin 150 illik yubileyinə həsr olunan tədbirlər keçirilib.
“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstanın Azərbaycanlı Ağsaqallar Şurasının təşəbbüsü ilə təşkil olunan tədbirlərdən öncə iştirakçılar Tbilisidə
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov,
Daha sonra Gürcüstanın Milli Parlament Kitabxanasında böyük ədibin yaradıcılığı mövzusunda elmi konfrans keçirilib. Öncə C.Məmmədquluzadənin həyat və yaradıcılığı barədə video çarx təqdim olunub.
Çıxış edən Gürcüstanın Azərbaycanlı Ağsaqallar Şurasının sədri İsaq Novruzov xatırladıb ki, Azərbaycan Prezidenti
Səfir D.Həsənov çıxışında bildirib ki, C.Məmmədquluzadənin Azərbaycan ədəbiyyatında yeni mərhələnin yaradılmasında müstəsna xidmətləri olub. Diplomat C.Məmmədquluzadənin uzun illər Tbilisidə yaşayıb-yaratdığı və müəllifi olduğu “Molla Nəsrəddin” jurnalının ilk sayını da məhz bu şəhərdə nəşr etdirdiyini bildirib.
Professor Mahmud Kamaloğlu bildirib ki, C.Məmmədquluzadənin yaradıcılığın ən məhsuldar dövrü Tbilisidə olub. O, ədibin həyat və yaradıcılığı, Qori müəllimlər seminariyasında təhsil alması haqqında məruzə ilə çıxış edib.
Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin aparat rəhbəri Tina Ğoğeliani deyib ki, C.Məmmədquluzadənin 150 illik yubileyi Gürcüstan üçün də önəmli tarixdir. Onun sözlərinə görə, azərbaycanlı ədibin yaradcılığının gələcək nəsillərə ötürülməsi çox önəmlidir.
Digər natiqlər də çıxışlarında C.Məmmədquluzadənin əsərlərinin Azərbaycan dramaturgiyasının parlaq nümunələri olması, onun xalqa bağlılığı, ana dilinin saflığı uğrunda apardığı mübarizədən, mətbuat mühitinə gətirdiyi yeniliklər, ictimai-siyasi fikrin formalaşmasındakı rolundan söz açıblar.
Konfransda Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev, Tbilisi şəhər şurasının nümayəndələri, azərbaycanlı və gürcü ziyalılar, tələbələr iştirak ediblər.
Yubiley tədbirləri Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə baş tutub.
Tədbirlər çərçivəsində bu gün saat 17:00-da Tbilisi Dövlət Akademik Rus Dram Teatrında Gəncə Dövlət Dram Teatrının truppası C.Məmmədqulzadənin “Dəli yığıncağı” pyesi əsasında hazırlanmış eyni adlı tamaşa nümayiş etdirəcək.







