Gürcüstanda azərbaycanlı qəhrəmana həsr olunan film təqdim edilib

Gürcüstanda azərbaycanlı qəhrəmana həsr olunan film təqdim edilib Gürcüstanda azərbaycanlı qəhrəmana həsr olunmuş "19 yaşlı xilaskar" adlı sənədli film təqdim olunub
Mədəniyyət siyasəti
20 Oktyabr , 2023 17:10
Gürcüstanda azərbaycanlı qəhrəmana həsr olunan film təqdim edilib

Gürcüstanda azərbaycanlı qəhrəman Rahib Məmmədova həsr olunan "19 yaşlı xilaskar" adlı sənədli film təqdim olunub.

"Report"un yerli bürosu xəbər verir ki, tədbirdə Zemo-Svaneti bölgəsinin rəhbərliyi, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Türkiyənin Batumi şəhərindəki baş konsulu Rıza Kağan, Rahib Məmmədovun ailə üzvləri, Gürcüstan və Azərbaycan ictimaiyyətinin nümayəndələri, eləcə də media əməkdaşları iştirak ediblər.

Ekran əsərinin ssenaristi, ideya müəllifi və prodüseri Şahismayıl Şəmmədoğlu, operatorları Elnur Vəlizadə, Zurab Ortavizde, rejissoru Georgi Toradzedir. Filmi gürcü dilinə Tengiz Txilava tərcümə edib.

Ş.Şəmmədoğlu bildirib ki, film əslən Ağdam rayonunun Mahrızlı kəndindən olan və sovet dövründə Gürcüstanın Xobi rayonunda xidmət edən azərbaycanlı gənc əsgərdən bəhs edir:

"1987-ci ildə adıçəkilən rayonda təbii fəlakət baş verib. Həmyerlimiz Rahib Məmmədov qəhrəmancasına, öz həyatı bahasına 28 yerli sakini xilas edib. Fəlakət zamanı heç kimin cəsarət etmədiyi bir anda Rahib Məmmədov komandirinin əmrinə tabe olmayaraq növbəti dəfə çaya daxil olub, yerli sakinləri xilas etməyə çalışıb. Bu zaman qəhrəmancasına həlak olub".

Son xəbərlər

Orphus sistemi