Göyçayda Nar Bayramı keçirilib

Göyçayda Nar Bayramı keçirilib Azərbaycan narının tapılmış 55 sortunun hamısı Göyçayda var
Mədəniyyət siyasəti
1 Noyabr , 2014 17:09
Göyçayda Nar Bayramı keçirilib
Bakı. 1 noyabr. REPORT.AZ/ Bu gün Göyçay rayonunda Nar Bayramı keçirilib. “Report”un tədbirdə iştirak edən əməkdaşının verdiyi məlumata görə tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov açıb. O, hər il keçirilən Nar Bayramı ilə bağlı məlumat verərək, tədbirin əhəmiyyətindən danışıb.

Tədbirdə Milli Məclisin deputatları Zahid Oruc, Eldar İbrahimov, Şəmsəddin Hacıyev, Belarusun Azərbaycandakı səfiri Nikolay Pastkeviç və başqa rəsmi şəxslər iştirak edib.

Ötən il rayonda 26 min tondan artıq nar yığılıb. Bu il rəqəmin 50 min tona çatdırılması planlaşdırılır.

Rəsmi çıxışlardan sonra qonaqlar rayon sakinlərinin açdıqları masalara baxış keçiriblər. Onlar müxtəlif təamlardan, nardan hazırlanmış içkilərdən dadıblar.

Azərbaycan narının tapılmış 55 sortunun hamısı Göyçayda var. Rayonda təşkil edilən Nar Bayramı isə artıq 7-ci ildir ki, keçirilir.

Son xəbərlər

Orphus sistemi