Yuxarı
    Bağlamaq

    ​Görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın kitabı macar dilində nəşr olub

    Yeni ərəb ədəbiyyatının korifeyləri kitabı Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə işıq üzü görüb

    Bakı. 26 yanvar. REPORT.AZ/ Görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın "Yeni ərəb ədəbiyyatının korifeyləri" adlı kitabı macar dilinə tərcümə olunub.

    "Report" xəbər verir ki, bu barədə Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.

    Kitab Macarıstanın nüfuzlu "Harmattan" nəşriyyatında görkəmli alimin anadan olmasının 75 illiyi ilə əlaqədar hazırlanıb. Kitabda şərqşünas-alimin həyat və yaradıcılığından geniş bəhs olunur.

    Qeyd edək ki, kitab Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə nəşr olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi