Gəncədə “Dəmir yumruq” tamaşası nümayiş olunub

Gəncədə “Dəmir yumruq” tamaşası nümayiş olunub Gəncə Dövlət Dram Teatrında yazıçı-şair, Azərbaycan Yazıçılar Birliyinin Gəncə Regional Bölməsinin sədri Xəzangül Hüseynovanın ssenarisi əsasında aktyor-rejissor Mətləb Təhmazinin quruluş verdiyi “Dəmir yumruq” tamaşasının premyerası olub.
Mədəniyyət siyasəti
29 İyul , 2022 09:08
Gəncədə “Dəmir yumruq” tamaşası nümayiş olunub

Gəncə Dövlət Dram Teatrında yazıçı-şair, Azərbaycan Yazıçılar Birliyinin Gəncə Regional Bölməsinin sədri Xəzangül Hüseynovanın ssenarisi əsasında aktyor-rejissor Mətləb Təhmazinin quruluş verdiyi “Dəmir yumruq” tamaşasının premyerası olub.

"Report"un məlumatına görə, tamaşa 2 saylı Gəncə regional ”ASAN xidmət” mərkəzinin könüllülərinin təşəbbüsü ilə “Şuşa İli”nə həsr olunub.

Əvvəlcə 44 günlük Vətən müharibəsində şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

“Dəmir yumruq” tamaşası 44 günlük Vətən Müharibəsindən bəhs edir, gənclərin maarifləndirilməsi baxımından önəm daşıyır. Tamaşada igidləriin, şəhidlərin qəhrəmanlığından, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük müharibədə yürütdüyü müdrik siyasətindən bəhs edilib.

Tamaşadan sonra çıxış edən şair-yazıçı Xəzangül Hüseynova, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, teatrşünas-tənqidçi Anar Bürcəliyev, rejissor Mətləb Təhmazib və digərləri tamaşanın əhəmiyyətindən danışıblar.

Son xəbərlər

Orphus sistemi