Yuxarı
    Bağlamaq

    Gənc Tamaşaçılar Teatrında yeni layihəyə start verilib

    Turistlərə tur-paketlər təqdim edilərkən həmin paketlərə teatr tamaşalarına baxmaq da daxil olacaq© Gənc Tamaşaçılar Teatrı

    Bakı. 6 mart. REPORT.AZ/ Gənc Tamaşaçılar Teatrında yeni layihənin reallaşdırılmasına start verilib.

    Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bir sıra turizm şirkətinin rəhbərləri və nümayəndələri ilə Gənc Tamaşaçılar Teatrında işgüzar görüş keçirilib.

    Görüşdə   Mədəniyyət və Turizm Nazirliyi Turizm Sənayesi ilə iş sektorunun müdiri Bəxtiyar Qılıncov, Turizm Sənayesi ilə İş sektorunun məsləhətçisi Rüstəm Mehdizadə ilə bərabər, bir sıra turizm şirkətlərinin rəhbərləri – Əziz Şiriyev (“Baku Travel Tourism”), Tural Müzəffərov (“Baku Tours”), İlkin Əhmədov (“Via Caucasus”), Tural Zeynalov (“Alde – Tur”), Sənan Şıxəliyev (“Victory Tour”), Marina Əhmədova (“Averta Travel”) və başqaları iştirak ediblər.

    Qonaqları salamlayan teatrın direktoru, Azərbaycan Respublikasının Əməkdar Artisti Mübariz Həmidov belə görüşlərin mədəni turizmin inkişafına müsbət təsir edəcəyini bildirib: “Son illər ölkə rəhbərimiz İlham Əliyevin Azərbaycanda turizmin inkişafı ilə bağlı verdiyi bir sıra Sərəncamlar ölkəmizin turizm potensialını yüksək həddə çatdırıb. Düşünürəm ki, daxili və gəlmə turistlərin Respublikamızın, eləcə də Bakı şəhərinin zəngin tarixi, qədim mədəniyyət abidələri ilə yanaşı, 144 il tarixi olan Azərbaycan teatrı ilə də tanış etmək çox məqsədəuyğundur. Gənc Tamaşaçılar Teatrına dünyanın müxtəlif ölkələrindən teatr truppaları səfər edir. Yaxşı olardı ki, turistlərə tur-paketlər təqdim edilərkən həmin paketlərə teatr tamaşalarını seyr etmək də daxil olunsun”.

    Görüşdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyi Sənayesi ilə iş Sektorunun müdiri Bəxtiyar Qılıncov və digər turizm şirkətlərinin rəhbərləri belə görüşlərin təşkil edilməsini çox önəmli olduğunu qeyd edərək teatrların turizm şirkətləri ilə əməkdaşlığını daha da genişləndirilməsi üçün bir sıra təkliflər səsləndiriblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi