Füzuli şəhərində Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə “Məlikməmməd” nağılı əsasında tamaşa və “Can Qarabağ” adlı konsert proqramı təşkil olunub.
“Report” xəbər verir ki, bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov
“Doğma Füzulimizin Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbində Kukla Teatrının “Məlikməmməd” xalq nağılı əsasında hazırlanan eyniadlı tamaşası və OYUQ uşaq teatrının təqdimatında “Can Qarabağ” adlı konsert proqramı təşkil olunub”, – o qeyd edib.
Xatırladaq ki, daha əvvəl Emin Hüseynov Ağdamın Şotlanlı kəndinə ilkin mərhələdə 205, Nəmirliyə 179, Güllücə və Tağıbəyli kəndlərinin hər birinə isə 108 ailənin köçürülməsinin planlaşdırıldığını açıqlamışdı.