Yuxarı
    Bağlamaq

    Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində meskal içkisinin təqdimatı olacaq

    Bu məqsədlə Meksika ticarət missiyası tədbirlərdə iştirak edəcək

    Bakı. 21 iyun. REPORT.AZ/ Meksika səfirliyi Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində meskal içkisinin təqdimatını həyata keçirəcək. 

    Səfirlikdən "Report"a verilən məlumata görə, bu məqsədlə 4 istehsalçı və 1 mütəxəssisdən ibarət ticarət missiyası meskalın növləri və çeşidlərinin təşviqi üçün tədbirlərdə iştirak edəcək.

    Qeyd edək ki, Meksikanın ənənəvi içkisi sayılan meskal ölkənin tarixi, mədəniyyəti və müxtəlifliyini təmsil edir. Uzun müddət ərzində o, müqəddəs içki sayılırdı. Böyük milli ənənəsi olar bir içkidir. Mənzil-qərargahı İsveçrənin Jeneva şəhərində yerləşəni Ümümdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən 1995-ci ildə qeydiyyata alınıb və bununla da mənşəli ad statusunu əldə edib. Ötən il 51 ölkəyə 2 milyon litrdən çox meskal içkisi ixrac olunub. Meksikanın 9 ştatı -  Duranqo, Qerrero, Quanaxuato, Miçoakan, Oaxaka, Puebla, San Luis Potosi, Tamaulipas və Zakatekas meskal istehsalı üçün mənşəli adın tanınmasına malikdir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi