Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri konsert proqramı ilə çıxış edib.
"Report" xəbər verir ki, tədbir Xalq artisti Fikrət Əmirovun 100 illik yubileyinin qeyd edilməsi məqsədilə "Fikrət Əmirov - 100" Musiqi Festivalı çərçivəsində baş tutub.
Yubiley tədbirində bir sıra Xalq artistləri və ictimaiyyət nümayəndələri iştirak edib. İştirakçılar Fikrət Əmirovun xatirəsinə bir töhfə olaraq bəstəkarın müxtəlif əsərlərini ifa ediblər.
Qeyd edək ki, Prezident İlham Əliyevin görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Fikrət Əmirovun anadan olmasının 100 illiyinin qeyd edilməsi haqqında müvafiq Sərəncamının icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyi “Fikrət Əmirov – 100” Musiqi Festivalına start verib.