"Fikrət Əmirov - 100" Musiqi Festivalı çərçivəsində konsert proqramı keçirilib
- 22 noyabr, 2022
- 16:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Xalq artisti Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə Heydər Əliyev Sarayında "Fikrət Əmirov - 100" Musiqi Festivalı çərçivəsində konsert proqramı keçirilib.
"Report" xəbər verir ki, yubiley tədbirində xalq artistləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Konsertdə bəstəkarın müxtəlif əsərləri ifa edilib.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev bildirib ki, Azərbaycan milli mədəniyyətinin parlaq simalarından biri, Fikrət Əmirov xatirələrdə daim yaşayır.
Qeyd edək ki, F.Əmirov 1922-ci ilin bu günündə Gəncədə, tanınmış müğənni və tarzən Məşədi Cəmil Əmirovun ailəsində dünyaya göz açıb. O, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı kimi yüksək fəxri adlara, dövlət təltiflərinə layiq görülüb.
F.Əmirov 1984-cü il fevralın 20-də Bakıda vəfat edib.