Yuxarı

Fidan və Xuraman Qasımovalar Londonda keçiriləcək konsertdə çıxış edəcək

Konsert Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil edilir

Bakı. 23 iyul. REPORT.AZ/ Böyük Britaniya Kembric Universitetinin tərtib etdiyi ensiklopediyada dünyanın ən tanınmış ifaçısı adına layiq görülmüş Azərbaycanın və SSRİ-nin xalq artisti Fidan Qasımova bu münasibətlə iyulun 27-də London şəhərində keçiriləcək konsert proqramında çıxış edəcək.

"Report" xəbər verir ki, bu barədə xəbəri Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Konsert proqramında Fidan və Xuraman Qasımovaların iştirakı, Azərbaycan və dünya klassik musiqilərindən ibarət proqramla çıxış etməsi nəzərdə tutulub.

Qeyd edək ki, səfərin təşkili Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi