"Eurovision" mahnı müsabiqəsində Dağlıq Qarabağ separatçılarının "bayrağı" rəsmən qadağan edilib

"Eurovision" mahnı müsabiqəsində Dağlıq Qarabağ separatçılarının "bayrağı" rəsmən qadağan edilib Avropa Yayım Birliyi müsabiqə zamanı bayraqlardan istifadəni tənzimləyən sənəd yayıb
Mədəniyyət siyasəti
29 Aprel , 2016 14:27
Eurovision mahnı müsabiqəsində Dağlıq Qarabağ separatçılarının bayrağı rəsmən qadağan edilib

Bakı. 29 aprel. REPORT.AZ/ Avropa Yayım Birliyi Stokholmda keçiriləcək "Eurovision-2016" mahnı müsabiqəsi zamanı bayraqlardan istifadəni tənzimləyən sənəd yayıb.

"Report" AYB-nin sənədinə istinadən xəbər verir ki, sənəddə regional inzibati-ərazi vahidlərinin, tanınmamış respublikaların, kommersiya şirkətlərinin bayraqlarının, eləcə də təhqiredici ifadələr olan bannerlərin gətirilməsinə qadağa qoyulduğu öz əksini tapır.

Başqa sözlə, qadağan edilmiş bayraqlar sırasına Dağlıq Qarabağ, Kosovo, Dnestryanıda olan separatçı rejimlərin, qondarma Donetsk Xalq Respublikasının, Basklar ölkəsinin, eləcə də "İslam dövləti"nin (İŞİD) "bayrağı" daxil edilib.

Sənədə əsasən, müsabiqəyə iştirakçı ölkələrin və ya daha əvvəl iştirak etmiş dövlətlərin müəyyən edilmiş ölçüdə olan bayraqları buraxılacaq.

Son xəbərlər

Orphus sistemi