"Eurovision-2016"nın iştirakçı ölkələrinin bayraqları mayın 8-də yüksəldiləcək

"Eurovision-2016"nın iştirakçı ölkələrinin bayraqları mayın 8-də yüksəldiləcək Bayraqlar əlifba sırası ilə qaldırılacaq
Mədəniyyət siyasəti
7 May , 2016 13:59
Eurovision-2016nın iştirakçı ölkələrinin bayraqları mayın 8-də yüksəldiləcək

Bakı. 7 may. REPORT.AZ/ Mayın 10-14-də İsveçin paytaxtı Stokholmda baş tutacaq "Eurovision" mahnı müsabiqəsinin iştirakçı ölkələrinin bayraqlarının yüksəldilməsi mərasimi keçiriləcək.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Stokholm meriyasının protokollar üzrə məsul nümayəndəsi Svante Hodell bu gün keçirilən mətbuat konfransında məlumat verib. 

Onun sözlərinə görə, bayraqlar mayın 8-də yüksəldiləcək.

"Mərasim şəhər mərkəzində, Kral sarayı qarşısında keçiriləcək və İsveç ənənələrinə uyğun olaraq, bayraqlar əlifba sırası ilə qaldırılacaq", - deyə icra hakimiyyətinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, mərasimə qatılmaq üçün iştirakçı ölkələrin İsveçdəki səfirləri, onların nümayəndə heyətlərinin aktyor və üzvləri, "Eurovision" pərəstişkarları, icra hakimiyyətinin nümayəndələri, müsabiqənin Avropa Yayımları Birliyi (EBU) və İsveçin SVT telekanalından olan təşkilatçıları dəvət olunublar.

Son xəbərlər

Orphus sistemi