“15 aprel – Ümumdünya Mədəniyyət günüdür. Dünya mədəniyyətinin çox dəyərli və qiymətli incilərindən sayılan Azərbaycan mədəniyyəti də bu proseslərdən kənarda qalmayıb. Azərbaycan xalqı çox qədim və tarixi ənənələrə malik olmaqla bərabər, əski tarixi köklərə sahib olan mədəniyyət irsinə də sahibdir”.
Bu sözləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Ramil Həsən deyib.
O vurğulayıb ki, var olan mədəni irsin dünya mədəni irsinə inteqrasiyası, Azərbaycan mədəniyyətinin geniş şəkildə təbliğ olunması, Azərbaycan dövləti və dövlətimizin bilavasitə keçirmiş olduğu mədəni irsin təbliği ilə bağlı xarici siyasət sahəsində Heydər Əliyev Fondu çox uğurlu və xalqımıza baş ucalığı gətirən addımlar, layihələr həyata keçirir:
“Azərbaycana qarşı dağıdıcı, işğalçı və vandalizm siyasəti həyata keçirmiş Ermənistan dövləti, onun terrorçu və quldur dövlət qurumları xalqımıza qarşı soyqırım, qətillər törədən işğalçı dövlət kimi yaddaşlarımızda qalıb. Eyni zamanda Qarabağın düşmən tapdağından azad olunmasından sonra orada gördüyümüz vəhşilik də Ermənistanın Azərbaycan mədəniyyətinə, tarixinə və varlığına nə qədər zərər vurduğunun bariz nümunəsi kimi bizim ağlımıza, beynimizə xüsusi şəkildə həkk olunub. Azərbaycana qarşı həyata keçirilmiş vandalizm siyasətinin mərkəzində mədəniyyət abidələrimizin dağıdılması, məscidlərimizin, kilsələrimizin, tarixi abidlərimizin yerlə-yeksan olunması, cənab Prezident İlham Əliyevin xüsusilə qeyd etdiyi kimi, məscidlərimizdə heyvanların saxlanılması, tariximizə aid olan xristian və müsəlman abidlərinə qarşı insanlığa sığmayan vəhşiliklərin törədilməsi də Ermənistan dövlətinin xislətindən xəbər verir. Bu gün Azərbaycanın xarici siyasətdə həyata keçirdiyi addımların önəmli bir hissəsi mədəniyyətimizin təbliği və incisinin dünya ictiamiyyətinə daha geniş şəkildə çatdırılmasıdır. Digər bir proses isə Ermənistanın vanadlizm siyasətinin işa olunmasıdır. Azərbaycanın məhv edilmiş bütün mədəniyyət və tarixi abidələrinə qarşı həyata keçirilən bu vandalizm siyasətinə görə onların təzminat ödənilməsinə vadar edilməsi ən asas, mühüm vəzifələrdən biridir”.
R.Həsən Azərbaycanın mədəni irsinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı deputatlara, media orqanlarına, QHT-lərə, gənclərə müraciət də edib:
“Birinci vitse-Prezident Mehriban xanım Əliyevanın bilavasitə rəhbərliyi altında bir çox sosial sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də böyük layihələr həyata keçirən Heydər Əliyev Fondu ilə birlikdə hər kəs əlini daşın altına qoymalı və birgə fəaliyyət göstərməlidir. Birinci vitse-Prezident Mehriban xanım Əliyevanın atmış olduğu irimiqyaslı, xoşniyyətli, dövlətimizə və millətimizə fayda gətirən işlərə hər kəs öz töhfəsini verməlidir”.