Emil və Leyla Əfrasiyablar virtual konsert proqramı ilə çıxış ediblər

Emil və Leyla Əfrasiyablar virtual konsert proqramı ilə çıxış ediblər ABŞ-da fəaliyyət göstərən Azərbaycan-Amerika Musiqi Fondunun (AAMF) təşəbbüsü və təşkilatçılığı ilə tanınmış pianoçu Emil Əfrasiyab və müğənni Leyla Babayeva-Əfrasiyabın iştirakı ilə Emil ilə nahar adlı virtual caz konserti proqramı təşkil olunub.
Mədəniyyət siyasəti
3 İyun , 2020 18:49
Emil və Leyla Əfrasiyablar virtual konsert proqramı ilə çıxış ediblər

ABŞ-da fəaliyyət göstərən Azərbaycan-Amerika Musiqi Fondunun (AAMF) təşəbbüsü və təşkilatçılığı ilə tanınmış pianoçu Emil Əfrasiyab və müğənni Leyla Babayeva-Əfrasiyabın iştirakı ilə "Emil ilə nahar" adlı virtual caz konserti proqramı təşkil olunub.

"Report"un xüsusi müxbiri xəbər verir ki, tədbirdə Emil Əfrasiyabın orijinal kompozisiyaları, xalq mahnılarının aranjmanları və Tofiq Quliyev, Fərhad Bədəlbəyli, Rauf Hacıyev, Vaqif Mustafazadə kimi Azərbaycan bəstəkarının əsərləri səsləndirilib.

Virtual konsertin tamaşaçıları Leyla Babayeva-Əfrasiyabın ifasında İbrahim Topçubaşevin "Nə bəxtiyardır", Tofiq Quliyevin "Yol ayrıcında" və "Tez gəl" kimi mahnıları səsləndirilib. 

Emil Əfrasiyab konsert proqramını "İki dünya" adlı orijinal kompozisiyası ilə başlayıb və "Əzizə" əsəri ilə yekunlaşdırıb. 

Qeyd edək ki, "Emil ilə nahar" konsert proqramına dəvətlilər sırasında Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və həyat yoldaşı Lalə Süleymanova, Diasporla İş üzrə Dövlət Komitəsinin aparıcı məsləhətçisi Lalə İsmayılova, Vaqif Mustafazadə Ev Muzeyinin direktoru və Vaqif Mustafazadə Fondunun sədri Afaq Əliyeva, Azərbaycanın xalq artisti Ənvər Sadıxov və digər fəxri qonaqlar da olublar.

Xatırladaq ki, AAMF-in təəsisçisi və icraçı direktoru doktor Cəmilə Cavadova-Spitzberqin rəhbərlik etdiyi AAMF təşkilatı Azərbaycan musiqisini ABŞ-da və Amerika Musiqisini Azərbaycanda tanıtmaqla məşğulıdur. Hazırda təşkilat 2020-ci ilin aprel ayında Azərbaycanın tanınmış bəstəkarı Asəf Zeynallının "Muğam üslubunda fantaziyasının” ən yaxşı ifası üçün virtual aləmdə beynəlxalq müsabiqəyə start verib. Müsabiqənin münsifləri Culiya Buşkova (ABŞ) və Zəhra Quliyevadır (Azərbaycan). Müsabiqənin nəticələri 2020-ci il avqust ayının ortalarında elan ediləcək.

Müxbir: Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi