Əməkdar artist: Azərbaycan mədəniyyətinin təqdimatı yüksək səviyyədə aparılır

Əməkdar artist: Azərbaycan mədəniyyətinin təqdimatı yüksək səviyyədə aparılır Azərbaycan mədəniyyətinin təqdimatı yüksək səviyyədə aparılır.
Mədəniyyət siyasəti
23 aprel 2025 21:02
Əməkdar artist: Azərbaycan mədəniyyətinin təqdimatı yüksək səviyyədə aparılır

Azərbaycan mədəniyyətinin təqdimatı yüksək səviyyədə aparılır.

Bu fikirləri “Report”un Bişkekə ezam olunmuş əməkdaşına açıqlamasında Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Milli Filarmoniyada Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş simfonik konsertdən sonra Əməkdar artist Əyyub Quliyev bildirib.

Əməkdar artist Qırğızıstan tamaşaçıları qarşısında çıxış etməkdən məmnunluğunu ifadə edib:

“Bu bir neçə gün Qırğızıstanda Azərbaycan mədəniyyətinin təntənəsi hiss olunmaqdadır. Həm musiqiçi kimi, həm də vətəndaş kimi bu günlərdə pay sahibi olduğum üçün fəxr edirəm. Azərbaycan mədəniyyəti və onun zəngin tarixinin təqdimatı yüksək səviyyədə aparılır, eləcə də Qırğızıstan ictimaiyyəti bunu yüksək qiymətləndirilir”.

Ə.Quliyev konsert proqramının repertuarına toxunub:

“Bu gecə dahi Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunub. Heç də təsadüfi deyil ki, açılışı da məhz onun “Koroğlu” üvertürası ilə etdik. Biz qalib xalqıq, bu bəstə də Azərbaycanın zəfərinin təntənəsidir”.

Son xəbərlər

Orphus sistemi