Əməkdar artist: "60 manata aktyor ailə saxlaya bilərmi?!"

Əməkdar artist: "60 manata aktyor ailə saxlaya bilərmi?!" "Sənət adamlarının 2006-cı ildən aldığı qonorar 60 manatdır. Həmin ildə bəlkə də bu rəqəm düzgün idi. Amma indi 60 manata aktyor ailə saxlaya bilərmi?!".
Mədəniyyət siyasəti
12 Aprel , 2023 15:57
Əməkdar artist: 60 manata aktyor ailə saxlaya bilərmi?!
Nicat Kazımov

"Sənət adamlarının 2006-cı ildən aldığı qonorar 60 manatdır. Həmin ildə bəlkə də bu rəqəm düzgün idi. Amma indi 60 manata aktyor ailə saxlaya bilərmi?!".

Report" xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rejissoru, Əməkdar artist Nicat Kazımov "Azərbaycan teatrı – 150: inkişaf perspektivləri" mövzusunda keçirilən Teatr Forumunda çıxışında deyib.

N.Kazımov mükafat və fəxri adların yaşa görə verilməməli olduğuna bir daha diqqət çəkib: "Adlar sənətdəki xidmətlərə görə olmalıdır. İllərlə səhnəyə çıxmayan adama fəxri ad verilir. Bu necə olur?! 95 yaşı olan Gənc Tamaşaçılar Teatrı və 92 yaşı olan Kukla teatrının Akademik statusu yoxdur. Axı niyə?! Bəyəm həmin teatrlarda işləyənlər daha az əziyyət çəkir və az tamaşa oynayır?! Bu, birbaşa teatr işçilərinin dolanışığı ilə bağlı olan məsələdir. Bu səbəbdən nəzərə almağınızı xahiş edirəm".

Son xəbərlər

Orphus sistemi