Bakı. 3 mart. REPORT.AZ/ "Ekspo 2025 Bakı" ümumdünya sərgisi üçün Bakı şəhərinin namizədlik layihəsi çərçivəsində ADA Universitetində keçirilən karyera sərgisi zamanı eksponun məqsədlərini daha geniş şəkildə izah etmək üçün gənclərə məlumatlar verilib.
"Ekspo 2025 Bakı"nın Əməliyyat katibliyindən "Report"a verilən məlumata görə, “Ekspo 2025 Bakı” layihəsinin təqdimatı zamanı Bakının Ümumdünya ekspo sərgisinə ev sahibliyinə namizədliyi ilə bağlı məlumatlar verib, ekspo sərgisinin gənclər üçün yarada biləcək imkanları müzakirə etdilər.
ADA tələbə və məzunlarına “Ekspo 2025 Bakı” layihəsinin “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” mövzusunun Azərbaycan gəncliyini ölkənin inkişafının mərkəzinə necə gətirə biləcəyi izah edilib.
Karyera sərgisində 1000-dən artıq tələbə və məzun, 100-dən artıq şirkət və təşkilat iştirak edib. Bu təşəbbüs ekspo sərgisinin faydalarının daha geniş ictimaiyyətə çatdırılması və Azərbaycan gənclərinin ekspo layihəsinə dəstəyinin səfərbər edilməsi istiqamətində nəzərdə tutulan tədbirlər sırasında ilki idi. Eyni zamanda, Ümumdünya Ekspo sərgisinə ev sahibliyinə Bakı şəhərinin namizədliyini dəstəkləmək məqsədilə, bu həftə “Ekspo 2025 Bakı” layihəsinin heyəti Facebook, Instagram və Twitter sosial şəbəkələrində hər ay nəzərdə tutulan yeni müsabiqəyə start verib.
“Ekspo 2025 Bakı” layihəsinə aşağıdakı linklər üzrə izləmək olar:
Facebook: Expo 2025 Baku Azerbaijan
Twitter: @bakuexpo2025
Instagram:Baku Expo 2025