Əbülfəs Qarayev "Parni iz Baku"ya efir qadağası qoyulması ilə bağlı məsələyə münasibət bildirib

Əbülfəs Qarayev "Parni iz Baku"ya efir qadağası qoyulması ilə bağlı məsələyə münasibət bildirib Bakı. 5 mart. REPORT.AZ/ Tahir İmanov və Parni iz Baku kollektivinin fəaliyyəti Mədəniyyət Nazirliyinin nəzərində idi. Dövlət tərəfindən onlara heç bir məhdudiyyət qoyulmamışdı. Özəl televiziyaların fəaliyyətinə gəlincə, onların işinə müdaxilə edə bilmərəm. Onlara yalnız tövsiyə verə bilərik.
Mədəniyyət siyasəti
5 Mart , 2019 14:49
Əbülfəs Qarayev Parni iz Bakuya efir qadağası qoyulması ilə bağlı məsələyə münasibət bildirib
Mədəniyyət naziri Əbülfəs Qarayev / Report / Elchin Murad
0 : 00
0 : 00

Bakı. 5 mart. REPORT.AZ/ "Tahir İmanov və "Parni iz Baku" kollektivinin fəaliyyəti Mədəniyyət Nazirliyinin nəzərində idi. Dövlət tərəfindən onlara heç bir məhdudiyyət qoyulmamışdı. Özəl televiziyaların fəaliyyətinə gəlincə, onların işinə müdaxilə edə bilmərəm. Onlara yalnız tövsiyə verə bilərik".

"Report" xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, T.İmanovun rəhbərlik etdiyi kollektivin konsertləri və ya proqramları mütəmadi şəkildə böyük mədəniyyət saraylarında nümayiş olunur. 

O qeyd edib ki, onlar istedadlı və cəmiyyətə lazım olan gənclər kimi tanınırlar: "Arzu edərdim ki, özəl kanallarda da səviyyəli və zəngin təcrübəyə malik olan Bədii şuralar yaradılsın. Efirlərdə əyləncə proqramları ilə yanaşı, mədəniyyəti ciddi formada təbliğ edən verilişlərə də yer ayrılmalıdır". 

Son xəbərlər

Orphus sistemi