Yuxarı

​Əbülfəs Qarayev İƏT-in baş katibi ilə görüşüb

Azərbaycanla İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin uğurla inkişaf etdiyi bildirilib

Bakı. 18 may. REPORT.AZ/ Bu gün Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni ilə görüşüb.

"Report"un nazirliyin saytına istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycanla İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin uğurla inkişaf etdiyi bildirilib. Müxtəlif sahələrdə həyata keçirilən birgə layihələrin önəmi qeyd olunub. Görüşdə artıq Bakıda üçüncü dəfə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti vurğulanıb və bu tədbirin müxtəlif fikirlərin dinlənilməsi və onların tətbiqi baxımından mühüm əhəmiyyət kəsb etdiyi bildirilib. Söhbət zamanı Azərbaycanla İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi