Yuxarı

Dövlət Musiqili Komediya Teatrı Milli Arxiv İdarəsinə yeni sənədlər təqdim edib

Hazırda Arxivdə qəbul edilən sənədlərin Milli Arxiv fonduna qəbulu rəsmiləşdirilir

Bakı. 28 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Kino-Foto Sənədləri Arxivinə Dövlət Musiqili Komediya Teatrı tərəfindən 24 313 saxlama vahidi fotosənəd, 4 saxlama vahidi kinosənəd daxil olub. Bu barədə "Report"a Milli Arxiv İdarəsindən məlumat verilib. 

Foto-kino sənədlər son 25 ildə, dövlət müstəqilliyi əldə edildikdən sonrakı illərdə teatrda səhnələşdirilən tamaşaların (Azərbaycan və rus bölmələrində) afişalarını, proqramlarını, aktyorların məşqlərini və səhnə görüntülərini, orkestr, xor truppalarının ifasını, teatrın qastrol səfərlərini, texniki və inzibati heyətinin fəaliyyətini və ictimai baxışları əks etdirir.

Teatrda çalışan geyim və qrim rəssamlarının, bəstəkarların, müəlliflərin fotosənədləri, teatr festivallarındakı görüntü qəbul edilən fotosənədlərin tərkibinə daxildir. Hazırda Arxivdə qəbul edilən 24 313 saxlama vahidi fotosənədin, 4 saxlama vahidi kino (video) sənədin Milli Arxiv fonduna qəbulu rəsmiləşdirilir. Hər bir sənədin qısa müfəssəl məzmunu hazırlanır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi