Dövlət başçısı: Azərbaycan TÜRKSOY-a hər zaman dəstəyini ifadə edib

Dövlət başçısı: Azərbaycan TÜRKSOY-a hər zaman dəstəyini ifadə edib Türk dünyası öz qədim və möhtəşəm mədəniyyəti ilə bəşər sivilizasiyası tarixinə iftixar dolu parlaq səhifələr yazmışdır. Türk xalqları şanlı keçmişlərindən güc alaraq zamanın sınaqlarından daim alnıaçıq çıxmış, günümüzədək milli mədəni özünəməxsusluğu qor
Mədəniyyət siyasəti
15 Oktyabr , 2023 19:59
Dövlət başçısı: Azərbaycan TÜRKSOY-a hər zaman dəstəyini ifadə edib
İlham Əliyev

Türk dünyası öz qədim və möhtəşəm mədəniyyəti ilə bəşər sivilizasiyası tarixinə iftixar dolu parlaq səhifələr yazmışdır. Türk xalqları şanlı keçmişlərindən güc alaraq zamanın sınaqlarından daim alnıaçıq çıxmış, günümüzədək milli mədəni özünəməxsusluğu qoruyub saxlamışlar. Misilsiz zənginliyi ilə seçilən ümumtürk mədəni irsinin mühafizə olunması, bu böyük sərvətin gələcək nəsillərə çatdırılması və dünyaya tanıdılması işində TÜRKSOY qardaş türk ölkələri arasında yaradılan ilk beynəlxalq qurum kimi ötən müddətdə təqdirəlayiq xidmətlər göstərmişdir.

"Report" xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin TÜRKSOY-un 30 illiyinə həsr olunmuş təntənəli tədbirin iştirakçılarına ünvanlandığı təbrik məktubunda yer alıb.

Ortaq türk mirasının qorunması və təbliği ilə bağlı gerçəkləşdirdiyi irimiqyaslı layihələrlə Azərbaycanın TÜRKSOY-a hər zaman dəstəyini ifadə etdiyini, türkdilli ölkələrin mədəni inteqrasiyasının geniş vüsət almasına çalışdığını vurğulayan dövlətimizin başçısı, həmçinin qeyd edib: “Təşkilatla respublikamız arasında əməkdaşlıq münasibətləri hazırda ən yüksək səviyyədədir. Şuşa şəhərinin 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumunun və “TÜRKSOY Mədəniyyət Günləri”nin keçirilməsi bu istiqamətdə birgə səylərimizin bariz göstəriciləridir”.

Son xəbərlər

Orphus sistemi