Yuxarı

Dövlət Agentliyi: "64 muğam, 100 xalq mahnısı, 99 rəqs rəqəmləşdirilib və elektron bazaya yüklənib"

Eyni zamanda mətn əsərləri, fotoşəkillər və videoçarxlar rəqəmləşdirilib və elektron bazaya yerləşdirilib

Bakı. 15 yanvar. REPORT.AZ/ Azərbaycanın ənənəvi musiqilərindən 64 muğam, 100 aşıq mahnısı, 100 xalq mahnısı, 99 xalq rəqsləri, 115 saz havası, 8 cilddə “Molla Nəsrəddin” kitabı rəqəmləşdirilib və elektron bazaya yüklənib.

Müəllif Hüquqları Agentliyindən "Report"a verilən məlumata görə, eyni zamanda mətn əsərləri, fotoşəkillər və videoçarxlar rəqəmləşdirilib və elektron bazaya yerləşdirilib. 

Məlumata görə, məqsəd Azərbaycana məxsus mədəni sərvətlərin, o cümlədən muzeylərdə, kitabxanalarda və arxivlərdə qorunub-saxlanılan və ictimai varidat sayılan mədəni irs və digər əqli mülkiyyət nümunələrinin mərkəzləşmiş şəkildə rəqəmləşdirilməsi və idarə edilməsi, hüquqi qorunması və beynəlxalq təşkilatlarla, həmçinin xarici dövlətlərin aidiyyəti qurumları ilə mübadiləsidir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi