"Report" xəbər verir ki, ilk təqdimat Xəzər və Qafqaz regionlarında ən böyük tədbirlərdən biri olan "Bakutel 2019" Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisində keçirilib.
Azərbaycan bu texnologiyanın qurulmasında dünyada 65-ci, MDB-də isə Rusiya, Ukrayna və Belarusun ardınca 4-cüdür.
“CinemaPlus” kinoteatrlar şəbəkəsinin müşahidə şurasının üzvü Zaur Darabzadə bildirib ki, innovativ 4DX kinoteatr texnologiyası hərəkət, fırlanma və sarsıntılar, su spreyi və külək, şimşək və qar, sabun köpükləri və ətir kimi əlavə xüsusi effektlərlə hərəkətə gətirilən blokbasterlərin və qorxulu filmlərin vizual effektlərini genişləndirir: "Bunun nəticəsidir ki, 4DX texnologiyası film sahəsində ən maraqlı formatlardan biridir və tamaşaçıları böyük ekranda baş verən aksiyalara cəlb edir. Hər 4DX zal 21 fərqli effektlə video ilə sinxron halda hərəkət edən kreslolardan ibarətdir. Həmçinin bu format film izləyərkən yaşadığınız həyəcanı ən pik həddə çıxarır, bundan başqa, səs və video özəlliklərindən daha ümdədir".
Z.Darabzadə xatırladıb ki, 4DX formatında 650-dən çox Hollivud və yerli filmlər nümayiş etdirilib: "Bu gün 64 ölkədə, 649 zalda 75 mindən çox 4DX kreslolar mövcuddur. Bütün filmlərin premyeraları 4DX formatında yayımlanır. Ticarət mərkəzinin açılışı 2020-ci ilin əvvəlinə planlaşdırılıb. Ticarət mərkəzinin bənzərsiz dizaynı londonlu dizayner Çapman Teylor tərəfindən hazırlanıb. O, dizayn zamanı Azərbaycanın gerbinin səkkizguşəli ulduzundan ilhamlanıb. “CinemaPlus” kinoteatrlar şəbəkəsinin tərkibinə 7 kinoteatr, 33 ekran və 3638 yer daxildir”.