"CinemaPlus"un şəhid əməkdaşı anılıb

"CinemaPlus"un şəhid əməkdaşı anılıb Gəncə şəhərində noyabrın 4-də Laçın döyüşləri zamanı şəhid olan Səxavət Həsənovun anım günü qeyd olunub.
Mədəniyyət siyasəti
4 Noyabr , 2021 17:53
CinemaPlusun şəhid əməkdaşı anılıb

Gəncə şəhərində Vətən müharibəsi şəhidi Səxavət Həsənovun anım günü qeyd olunub.

"Report" xəbər verir ki, anım mərasimində şəhidin yaxınları, yerli sakinlər və “CinemaPlus” kinoteatrlar şəbəkəsinin kollektivi iştirak ediblər.

S.Həsənovun həmkarları və dostları onunla yaşanan xoş xatirələri yada salıblar. Daha sonra şəhidin məzarı ziyarət edilib, üzərinə güllər düzülüb və ruhuna dualar oxunub.

Həmçinin Gəncədə şəhidin xatirəsi əmədiləşdirilib, adına bulaq inşaa edilib.

Qeyd edək ki, S.Həsənov 1994-cü ildə Gəncə şəhərində anadan olub. O, 2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatlarına ilk gündən qatılıb. Noyabrın 3-də Laçın döyüşləri zamanı şəhidlik zirvəsinə yüksəlib. Gəncə şəhər Şəhidlər xiyabanında dəfn edilib.

Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlarla ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi