Bursada TÜRKSOY-un Daimi Şurasının növbədənkənar iclası başlayıb

Bursada TÜRKSOY-un Daimi Şurasının növbədənkənar iclası başlayıb Türkiyənin Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Daimi Şurasının növbədənkənar iclasının açılış mərasimi olub.
Mədəniyyət siyasəti
31 Mart , 2022 11:26
Bursada TÜRKSOY-un Daimi Şurasının növbədənkənar iclası başlayıb

Türkiyənin Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Daimi Şurasının növbədənkənar iclası başlayıb.

“Report”un Bursaya ezam olunmuş əməkdaşı xəbər verir ki, tədbirdə türkdilli ölkələrin mədəniyyət nazirləri, o cümlədən Azərbaycanın mədəniyyət naziri Anar Kərimov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, təşkilatın Baş katibi Düsen Kaseinov da iştirak edirlər.

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy iclas iştirakçılarını salamlayıb. O, TÜRKSOY-un ümumi mədəni dəyərlərə malik türk dövlətlərini birləşdirən təşkilat olduğunu və bugünkü tədbirin əməkdaşlığın bundan sonra da möhkəmləndirilməsini müzakirə etməyə imkan verəcəyini vurğulayıb.

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Bağdad Amreyev mədəniyyətin insanları birləşdirdiyini və TÜRKSOY-un bu ideyanı təşviq etməyə çalışdığını vurğulayıb.

O, gənclər, təhsil və humanitar məsələlərə böyük diqqətin ayrılmasının vacibliyini söyləyib: “Münasibətlərimiz tələbə mübadiləsindən tutmuş ali təhsil müəssisələrinin əməkdaşlığınadək müxtəlif səviyyələri əhatə etməlidir. Biz, bütün səviyyələrdə öz töhfəmizi verməyə hazırıq”.

Son xəbərlər

Orphus sistemi