Bakı. 25 iyun. REPORT.AZ/ Bu ilin beş ayı ərzində İrandan Azərbaycana 74 890 nəfər səfər edib.
Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Məlumata görə, 2015-ci ilin müvafiq dövründə isə bu rəqəm 61 096 nəfər olub. Yəni 2016-cı ildə ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycana səfər edən İran vətəndaşlarının sayı 23% artıb.
Qeyd edək ki, İran vətəndaşlarının səfəri daha çox Novruz bayramına təsadüf etdiyindən ən çox artım 87 faiz olmaqla mart ayı ərzində qeydə alınıb.