Yuxarı
    Bağlamaq

    BŞİH Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı tədbir keçirib

    Bakı. 8 dekabr. REPORT.AZ/ Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısı Aparatının Kino Xidməti İdarəsi Prezident yanında Dövlət İdarəçilik Akademiyasında ümummilli lider Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı tədbir keçirib.

    Kino Xidmətindən "Report"a verilən məlumata görə, əvvəlcə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbirdə Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, millət vəkilləri Rasim Musabəyov, Elman Nəsirov, Rəfail Cəbrayılov, Əflatun Amaşov çıxış ediblər.

    Natiqlər ulu öndərin xalq, vətən qarşısında göstərdiyi xidmətlərdən danışılıb. Heydər Əliyevin elm, təhsil, mədəniyyət sahələrinin inkişafında göstərdiyi əvəzolunmaz xidmətlərindən, ümummilli liderin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramlarından bəhs olunub. 

    Qeyd olunub ki, Azərbaycanın tarixi və taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə bağlıdır. Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb.

    Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Kino Xidməti İdarəsinin rəisi Gültəkin Həsənova çıxış edərək ulu öndərin kino sahəsinə göstərdiyi diqqət və qayğıdan söz açıb.

    Tədbirdə incəsənət ustalarından əməkdar artist Nuriyə Hüseynova "Küçələrə su səpmişəm" mahnısını ifa edib. Sonra Kino Xidməti İdarəsi tərəfindən hazırlanan, ssenari müəllifi və rejissoru Gültəkin Nəriman olan “Xalqa bağışlanan ömür” adlı sənədli film nümayiş olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi