Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi şərəfinə Ural tarixçiləri tərəfindən toplanmış arxiv sənədlərinin Bakıda sərgisi keçiriləcək.
“Report” Sverdlovsk vilayəti hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu məsələ bu gün vilayət qubernatoru Yevgeni Kuyvaşevin Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevlə görüşündə müzakirə olunub.
"Ural tarixçiləri və arxivçiləri Böyük Vətən müharibəsində Qələbənin əldə olunmasında Azərbaycan SSR-in töhfəsi haqqında nadir sənədlərin sərgisini hazırlayıblar. Bu sərgi Qələbənin 80 illiyinə həsr olunmuş "Rusiya və Azərbaycan xalqlarının tarixi yaddaşı" layihəsinin bir hissəsidir. Sərgini Azərbaycan tərəfinin Bakıda tövsiyə edəcəyi məkanlardan birində təşkil etməyi planlaşdırırıq", - Y.Kuyvaşevin sözləri sitat gətirilib.
R.Mustafayev tarixi yaddaşın qorunmasının vacibliyini qeyd edərək Y.Kuyvaşevin təklifini dəstəkləyib.