Yuxarı
    Bağlamaq

    BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda beynəlxalq təşkilatlar təmsil olunacaq

    Qlobal Forum aprelin 25-27-də keçiriləcək

    Bakı. 22 aprel. REPORT.AZ/ İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) Baş Katibi Əbdüləziz bin Osman əl-Tüveyrci, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) direktoru Paulus Bekkers, Ərəb Dövlətləri Liqasının Sivilizasiyalararası Dialoq Departamentinin Direktoru Samia Bibars, İslam Əməkdaşlıq Təşkilatının Mədəniyyət, Sosial və Ailə Məsələləri Departamentinin baş direktoru Mehla Talebna, Qara Dəniz İqtisadi əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi Mixail Kristides aprelin 25-dən 27-dək Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak edəcək.

    Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin 2015-ci ilin 24 iyul tarixli Sərəncamına əsasən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi