Yuxarı

BMT Baş Assambleyasının zalında TÜRKSOY-un təşkil etdiyi konsert keçirilib

Tədbirdə 150 incəsənət ustası iştirak edib

Bakı. 29 mart. REPORT.AZ/ Martın 28-də BMT Baş Assambleyasının zalında Novruz bayramına həsr olunmuş konsert proqramı keçirilib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən təşkil edilən tədbirdə 150 incəsənət ustası iştirak edib.

Cari tədbir həm də Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanın müstəqilliyinin 25 illiyinə həsr olunub.

Tədbirdə çıxış edən BMT baş katibinin müavini Yan Eliasson TÜRKSOY-un təşkilatçılığı ilə keçirilən konsertdə iştirakından məmnunluq duyduğunu dilə gətirib.

Qeyd edək ki, TÜRKSOY-un təşkilatçılığı ilə keçirilən və Novruz bayramına həsr olunan konsertlər bundan sonra martın 29-da Nyu Yorkda, aprelin 1-də isə Vaşinqtonda təşkil ediləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi