Yuxarı

Bir sıra ölkələrin mədəniyyət nazirləri Bakıya gəlir

Onlar BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak edəcəklər

Bakı. 21 aprel. REPORT.AZ/ Aprelin 25-dən 27-dək Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda Türkiyənin mədəniyyət və turizm naziri Mahir Ünal, Gürcüstanın mədəniyyət və abidələrin qorunması naziri Mixail Giorqadze, Qırğızıstanın mədəniyyət və turizm naziri Altinbek Maksutov və Tacikistanın mədəniyyət naziri Şamsiddin Orumbekov iştirak edəcək.

Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Forumun açılış mərasimi Bakı Konqres Mərkəzində keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin 2015-ci ilin 24 iyul tarixli Sərəncamına əsasən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi