Milli Xalça Muzeyində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə dövlət təltiflərinə layiq görülən bir qrup mədəniyyət və incəsənət xadiminə mükafatların təqdim olunması mərasimi keçirilib.
"Report" xəbər verir ki, mədəniyyət naziri Anar Kərimov tədbiri açaraq dövlətin hər zaman mədəniyyət işçilərinin yanında olduğunu vurğulayıb.
Onun sözlərinə görə, mədəniyyət və incəsənətə xidmət edənlərə dövlət başçısı tərəfindən diqqət və qayğı göstərilir: "Mədəniyyət xalq üçün ən vacib strateji sahədir. Onu dərin bur məfhum kimi görürürk. Biz mədəniyyətin cəmiyyətin inkişafına təsirini artırmalıyıq. Mədəniyyət bizim üçün təkcə əyləncə deyil, həm də təhlükəsizlikdir. Bu insanlar mədəniyyət sahəsinin əsgərləridir. Hər biri öz sahəsində önəmli fəaliyyətlə, mədəniyyətin inkişafı ilə məşğuldur. Mədəniyyətsiz cəmiyyət güclü və möhkəm olmaz".
Daha sonra Anar Kərimov orden və medalları sahiblərinə təqdim edib.