Yuxarı
    Bağlamaq

    Beynəlxalq təşkilatların rəhbərləri 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qatılacaqlar

    Forum 3 gün davam edəcək

    Bakı. 28 aprel. REPORT.AZ/ Bakıda mayın 4-6-da keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda beynəlxalq təşkilatların rəhbərləri iştirak edəcəklər. 

    Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Bildirilib ki, forumda YUNESKO-nun Baş direktoru İrina Bokova, İSESKO-nun Baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Useymin, QDİƏT-in Baş katibi Maykl Kristides, İRSİKA-nın Baş direktoru Halit Eren, Ərəb Maqreb Birliyinin Baş katibi Tayeb Bakkos, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Ramil Həsənov, TÜRKSOY-un Baş katibi Düsen Kaseinov iştirak edəcək.

    Üç gün davam edəcək forumda beynəlxalq tərəfdaşlarla birgə ümumilikdə 40-a yaxın sessiya və tədbir keçiriləcək. Bu sessiyalar insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi kimi mövzuları əhatə edəcək.

    Forumun hər iki ildə bir dəfə keçirilməsi və Mədəniyyət və Turizm Nazirliyinin tədbirin əlaqələndirici qurumu müəyyən edilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev 2011-ci il 27 may tarixli, 432 nömrəli Fərman imzalayıb.

    Forumun rəsmi internet portalı: www.bakuprocess.az

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi