Bakı. 9 iyul. REPORT.AZ/Azərbaycan,Türkiyə, Qazaxıstan, Qırğız Respublikası və İran lavaşla bağlı YUNESKO-ya birlikdə etiraz müraciəti ediblər.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
İnformasiyaya görə, müraciətlə bağlı yekun qərar 2016-cı il noyabrın 28-dən dekabrın 2-si tarixləri arasında Efiopiada YUNESKO-nun qeyri-mədəni irsə dair Hökumətlərarası Komitsəsinin 11-ci Toplantısında qəbul ediləcək.
Qeyd edək ki, BMT-nin bu qurumu lavaşı "Erməni çörəyi" kimi qeydiyyatdan keçirib. Azərbaycan,Türkiyə, Qazaxıstan, Qırğız Respublikası və İranın birgə müraciətində bunun ermənilərə aidiyyəti olmadığı vurğulanıb.
Xəbərə əsasən, bu ilk belə müraciət deyil.