Martın 18-də Minskdə Beynəlxalq Novruz Gününə həsr olunmuş tədbirlər keçiriləcək.
"Report" xəbər verir ki, təşkilatçılar Azərbaycan, İran, Qazaxıstan, Qırğız Respublikası, Rusiya, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistanın Belarusdakı səfirlikləridir.
Proqramda folklor qruplarının çıxışları, hər bir ölkənin milli mətbəxinin təamlarının təqdimatı və dequstasiyası nəzərdə tutulub. Qonaqlara həmçinin Novruz bayramını milli bayram kimi qeyd edən dövlətlərin səfirlikləri ilə birgə hazırlanan sərgi ilə tanış olmaq təklif ediləcək.
Qeyd edək ki, Novruz bəşəriyyət tarixinin ən qədim bayramlarından biridir. 2009-cu ildə bayram YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu ildə