Belarus nəşriyyatı Azərbaycanın bir qrup yaradıcı şəxsini təltif edib

Belarus nəşriyyatı Azərbaycanın bir qrup yaradıcı şəxsini təltif edib "Zvezda” Dövlət Nəşriyyat Evinin direktoru bununla bağlı qərar imzalayıb
Mədəniyyət siyasəti
21 İyul , 2016 17:22
Belarus nəşriyyatı Azərbaycanın bir qrup yaradıcı şəxsini təltif edib

Bakı. 21 iyul. REPORT.AZ/ Bir qrup Azərbaycan jurnalisti, yazıçısı və şairi “Zvezda” Belarusun Dövlət Nəşriyyat Evinin fəxri fərmanına layiq görülüb.

Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, bir qrup Azərbaycan jurnalisti, yazıçı və şairi 22 iyul - Milli Mətbuat günü ərəfəsində Belarusun İnformasiya Nazirliyinin redaksiya-nəşriyyat təşkilatının – “Zvezda” Dövlət Nəşriyyat Evinin direktoru və eyniadlı qəzetin baş redaktoru Aleksandr Karlyukeviçin müvafiq əmri ilə fəxri fərmana layiq görülüblər.

“Zvezda” Nəşriyyat Evi ilə səmərəli əməkdaşlığa və Belarus-Azərbaycan mədəni və ədəbi əlaqələrinin inkişafında böyük töhfəyə görə, habelə Milli Mətbuat günü münasibətilə Azərbaycan Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru, yazıçı-tərcüməçi Afaq Məsud, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, “Mədəniyyət.az” jurnalının baş redaktoru Zöhrə Əliyeva, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs, şairə Kəmalə Abiyeva, tənqidçi, ədəbiyyatşünas alim İradə Musayeva və yazıçı-tərcüməçi Kamran Nəzirli fəxri fərmanla təltif ediliblər. 

Qeyd edək ki, A.Karlyukeviç Belarus Yazıçılar İttifaqının Minsk vilayəti üzrə sədri, həm də Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvüdür.

Son xəbərlər

Orphus sistemi