Böyük Britaniyanın məşhur “BBC Travel” portalı Azərbaycana səfər, onun əsas tarixi görməli yerləri haqqında material hazırlayıb.
"Report" xəbər verir ki, "Azərbaycan - Qafqazın Odlar Yurdu" adlanan
“Zərdüştlüyün (dünyanın ən qədim monoteist dinlərindən biri) 3000 il əvvəl bölgəyə gəlməsi ilə od Azərbaycan mədəniyyətində və mifologiyasında dərin kök salıb”, - məqalədə deyilir.
Bundan əlavə, reportajda Qız qalası, Suraxanıda və Quba rayonunun Xınalıq kəndində yerləşən Atəşgah məbədlərindən söhbət açılıb.
Bildirilir ki, qədim Zərdüştlük mədəniyyəti müasir Azərbaycan əhalisinin adət-ənənələrində öz əksini tapıb.
"Hazırda azərbaycanlıların əksəriyyəti müsəlman olsa da, Zərdüşt inancları, adət-ənənələri müasir mədəniyyətdə mövcud olmaqda davam edir. Hər il yazın gəlişini qeyd etmək üçün Azərbaycanda Novruz bayramı keçirilir. Bu ənənə Zərdüştlük folkloru ilə formalaşıb, Novruz isə Azərbaycanın ən böyük bayramlarından biri kimi qeyd olunur”, - məqalədə deyilir.