Yuxarı
    Bağlamaq

    ​Bayburtda “Qarabağdan Anadoluya könül körpüsü: Azərbaycan-Türkiyə qardaşlıq gecəsi” keçirilib

    “SOCAR Turkey Enerji A.Ş.”nin rəhbəri hər iki ölkənin gənc nəsillərini milli mənəvi dəyərlərimizi qorumağa dəvət edib

    Bakı. 29 iyul. REPORT.AZ/ Türkiyənin Bayburt şəhərindəki Beşpınarda Beynəlxalq Dədə Qorqud Festivalı çərçivəsində BEKDER-in təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Milli Məclisin deputatı Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin dəstəyi ilə “Qarabağdan Anadoluya könül körpüsü: Azərbaycan-Türkiyə qardaşlıq gecəsi” adlı tədbir keçirilib.

    Tədbirin açılışında çıxış edən “SOCAR Turkey Enerji A.Ş.”nin rəhbəri Kənan Yavuz ölkələrimizin tarixi, ədəbiyyatı, mədəniyyəti haqqında danışıb. O, hər iki ölkənin gənc nəsillərini milli mənəvi dəyərlərimizi qorumağa dəvət edib.

    Qənirə Paşayeva çıxışında Azərbaycan-Türkiyə qardaşlığının tarixi köklərindən söz açıb. O, yaxın günlərdə Azərbaycanda “Qarabağdan Anadoluya könül körpüsü” layihəsi çərçivəsində Bayburt gecəsinin keçiriləcəyini diqqətə çatdırıb.

    Sonra çıxış edən azərbaycanlı alim Abbas Seyidov, BEKDER təşkilatının təmsilçiləri belə tədbirlərin keçirilməsinin önəmindən danışıblar. Tədbirin təşkilatçılarına Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı və folkloru ilə bağlı kitablar və hədiyyələr verilib.

    Azərbaycan gecəsi konsert proqramı ilə davam edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi