Bakı. 16 yanvar. REPORT.AZ/ K.Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbində yeni təyinat olub.
Bu barədə “Report”a Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsindən məlumat verilib.
İdarə rəsinin əmrinə əsasən, K.Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbinin tədris işləri üzrə direktor müavini vəzifəsinə Bədirzadə Aytən Məhərrəm qızı təyin olunub.
İdarədən bildirilib ki, təyinatlar mədəniyyət ocaqlarında yeni iş sisteminin qurulması və əmək intizamının gücləndirilməsi üçün həyata keçirilir.